Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA

Tarix: 22-10-2022, 09:59

 
Bildiyimiz kimi, Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilmir. Rusiya və ABŞ-da belə, hicablı xanımlar başlarını açmadan vəsiqə ala bilirlər. Azərbaycanın Daxili İşlər Nazirliyi ölkədəki bu qanunu Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsaslandırır. Lakin həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri dəqiq göstərilib. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyində yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sonxeber.az-a bildirib ki, vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir:
Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA

"Fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir.

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir. Təsbit olunan nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub.

Bütün dünyada təhlükəsizlik məqsədilə pasport və şəxsiyyət vəsiqəsi üçün şəkillə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Şəxsin üz görünüşü sənəddə tamamilə əks olunmalı, yəni, şəxsin üz quruluşu, sifət cizgiləri aydın olmalıdır. Başörtüyü vətəndaşın göz, ağız-burun, alın və çənə nahiyələrini örtməməlidir.

Eynəkdə isə məhz şəxsin göz nahiyəsi aydın görünməli, eynək onu qapamamalı, tünd olmamalı, tam şəffaf olmalıdır.

Bununla yanaşı, qanunvericilikdə şəxsin saqqalla şəklinin çəkilməsinə dair qadağa yoxdur. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər".

Vəkil Hüseyn İsmayılov bildirib ki, məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır:

"Hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər.

Adıçəkilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli Maşınla oxuna bilən səyahət sənədləri (Machine Readable Travel Documents) haqqında tələblərin bir qismi isə belədir:

- Foto ağ fonda və naxışsız olmalıdır, arxa fonda kölgə olmamalıdır, son vəziyyətini göstərmək üçün şəxs tərəfindən son 6 (altı) ay ərzində çəkilmiş olmalıdır.
- Üz tam görünməli, saç düzümü ilə birlikdə fotoşəkilin ortasında olmalıdır. Fotoşəkildə heç bir ləkə və ya əyilmə olmamalıdır. Rənglər neytral olmalı və üzün təbii rənglərini əks etdirməlidir. Kontrast yaxşı tənzimlənməli, detallar kifayət qədər kəskin və aydın olmalıdır.
- Gözlər açıq vəziyyətdə olmalı və aydın görünməlidir. Şəkil çəkərkən saçlar gözləri örtməməli və birbaşa kameraya baxmalıdır. İşıq üzə bərabər şəkildə əks olunmalı, əks və kölgə olmamalıdır.
- Fotoşəkildə "qırmızı göz" olmamalıdır. Gözlər aydın görünməli, eynəkdə əks olunmamalı, rəngli eynək və ya gün eynəklərindən istifadə edilməməlidir. Eynək lensinin kənarı və ya çərçivəsi gözləri örtməməli və ya onları örtəcək qədər qalın olmamalıdır.
- Uşaqların fotoşəkillərində başqa insanlar və əşyalar olmamalıdır.
- Fotoşəkildə şəxsin mütləq istifadə etdiyi eynək və buna bənzər aksesuarlar istisna olmaqla, papaqlar, papaqlar, borular və s. obyektlər mövcud olmamalıdır.
- Hicablı fotolarda üz çənənin ucundan alnına qədər görünməli, üzdə kölgə olmamalıdır.

Sənəddə hicablı fotolara dair tələblər də müəyən edildiyindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən hicablı fotolara dair hər hansı qadağa olmadığından həmin məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır. Odur ki, şəxsiyyət vəsiqəsində hicablı fotonun yerləşdirilməsinə yol verilməməsi və hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR