Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakının bu ərazisi PLANA DÜŞDÜ (VİDEO)

Bakının bu ərazisi PLANA DÜŞDÜ (VİDEO)

Tarix: 22-10-2022, 23:02

 

Nəsimi rayonunda ''Papanin'' kimi tanınan yerdə fərdi yaşayış evləri plana düşüb. 4 hektardan artıq olan həmin ərazidə evlərin sökülməsi, əvəzində hündürmərtəbəli binaların tikilməsi planlaşdırılır. Ümumilikdə 288 fərdi evin olduğu bildirilir. Onların bəzilərinin sahibləri ilə artıq razılaşma əldə edilib, bəziləri isə şərtlərlə razı deyil.

Mediabiz,az "Xəzərxəbər"ə istinadən məlumat verir ki, böyük bir ərazidə fərdi yaşayış evlərinin sökülməsinə başlanıb. Evlərin sökülməsinə başlanan ərazi paytaxtın Nəsimi rayonunun ''Papanin'' kimi tanınan hissəsidir.

Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində  ümumilikdə 4 hektardan artıq ərazidəki  fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır. Ərazidə hələlik söküntü, gələcəkdə isə tikinti işləri aparacaq MTK-dan bildirildi ki, layihəyə uyğun olaraq burada  16 mərtəbəli 11 binanın tikintisi nəzərdə tutulur. Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib.

Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər.

MTK-nın direktoru Aslan Quliyev bildirdi ki, sakinlərə hazırda yaşadıqları fərdi evlərin sahəsindən minimum 20% artıq mənzillər təklif edilir. Tamamilə qapalı olması nəzərdə tutulan kompleksdə 3 hektarlıq parkın, əyləncə mərkəzlərinin və digər zəruri infrastrukturun olacağı bildirilib

Qeyd edək ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR