Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Türkiyədə məktəbin qarşısında silahlı qarşıdurma: 2 şagird öldü, 13-ü yaralandı

Türkiyədə məktəbin qarşısında silahlı qarşıdurma: 2 şagird öldü, 13-ü yaralandı

Tarix: 24-10-2022, 20:35

 
Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir rayonunda məktəbin qarşısında silahlı atışma baş verib.

Dərs vaxtı liseyin qarşısında iki qrup arasında silahlı dava düşüb. Atışma zamanı  güllələr yoldan keçən tələbə avtobusunda olan Ömər Faruk Çınar (16) və Sümeyye Yetenə (16) dəyib. Qarşıdurmada 13 nəfər yaralanarkən rayonda genişmiqyaslı araşdırmalara başlanılıb.

Hadisə saat 16.30 radələrində Yenişehir rayonunda İbn-i Sina Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. İddialara görə, məktəbin qarşısında iki düşmən qrup arasında baş verən mübahisə qısa zamanda silahlı toqquşmaya çevrilib.  

Məktəbdən çıxarkən tərəflərin bir-birlərinə atdıqları silahlardan açılan güllələr evə getmək üçün tələbə avtobusuna minən Sümeyye Yeten və Ömər Faruk Çınara və aralarında tələbələrin də olduğu daha 13 nəfərə dəyib.Silah səsləri ətrafda çaxnaşma və qorxu yaradıb. Əraziyə polis qrupları cəlb olunub. Yaralılar Viranşehir Dövlət Xəstəxanasına aparılıb.

Xidmət mikroavtobusunda evə gedərkən güllələrə tuş gələn Ömər Faruk Çınar və Sümemme Yeten həyatını itirib. Müalicə olunan 13 yaralıdan 2-nin həyati təhlükəsinin olduğu öyrənilib. Bədbəxt tələbələrin meyitləri yarılma üçün meyitxanaya aparılıb. Silahlı döyüşün ardından polis qrupları rayon daxilində geniş tədbirlər aldı. İstintaq davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR