Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

Tarix: 26-10-2022, 10:16

 
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Goranboy rayonunda yaşayan Milli Qəhrəman ömrünün 72-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.

Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi. 

Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR