Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Mənim statusum məşhur sualla bağlı deyil" - MŞ sədri

"Mənim statusum məşhur sualla bağlı deyil" - MŞ sədri

Tarix: 27-10-2022, 18:08



Dünəndən ölkə mediasının əsas müzakirə obyektinə çevrilən AYB-nin qurultayı və bu qurultayda yenidən birinci katib və müavin seçilən Çingiz Abdullayevlə Rəşad Məcidin verdiyi açıqlamalarla bağlı yaranan rezonans bitmək bilmir. Hər iki şəxs tərəfindən jurnalistlərə qarşı ard-arda verilən açıqlamalar media mənsublarını hiddətləndirib, onların ünvanına ciddi tənqidlər səsləndirilib.

Çingiz Abdullayevi müdafiə edərkən jurnalistlərin ünvanına daha ağır ifadələr işlədən Rəşad Məcid aparılan tənqidi müzakirələrin fonunda üçüncü açıqlamasını vermək məcburiyyətində qalıb. O, feysbuk hesabında baş verənlərlə bağlı paylaşım edərək yaranmış vəziyyətə görə növbəti dəfə bəzi sayt əməkdaşlarını ittiham edib:

“Mənim statusum Baku.tv-nin məşhur sualı ilə bağlı deyil. Mən Günel Musanın (jurnalist – red.) gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam  ki, səhər geniş münasibət bildirəcəyəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Burda Günelin və “bakupost.az”ın davranışını da etik saymıram. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status “Abzas.net” adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli etirazımı bildirmişəm.

Çingiz Abdullayev verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR