Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Putin üçtərəfli görüşün məqsədini AÇIQLADI

Putin üçtərəfli görüşün məqsədini AÇIQLADI

Tarix: 31-10-2022, 19:26

 
“Bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə etdiyimiz bütün razılışamların icrasını təmin etməkdir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüşdə bildirib.

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün, əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq gərək olacaq. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür, burada da, əlavə impuls vermək lazım gələcək. Bilirəm ki, Azərbaycan tərəfi bu əsasda aktiv işləyir. Müzakirə edəcəyimiz məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - deyə Rusiya lideri qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR