Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azyaşlı ona tərs baxan 36 yaşlı kişini bıçaqladı - YENİLƏNİB

Azyaşlı ona tərs baxan 36 yaşlı kişini bıçaqladı - YENİLƏNİB

Tarix: 1-11-2022, 10:50

 

DİN Göygöldəki bıçaqlanma ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə,  oktyabr ayının 30-da Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan Q. Əliyev saxlanılıb.

Hazırda istintaq davam etdirilir.

***10:14

Göygöldə toydan sonra bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini 1986-cı il təvəllüdlü İlqar Bayramov 5 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Hadisəyə səbəb bıçaqlanan şəxsin digərinə tərs baxması olub.

Faktla bağlı araşdırma aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR