Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

“Tinkoff Bank”ın rəhbərinin Rusiya vətəndaşlığından imtina barədə paylaşımı ilə bağlı müəmma

“Tinkoff Bank”ın rəhbərinin Rusiya vətəndaşlığından imtina barədə paylaşımı ilə bağlı müəmma

Tarix: 1-11-2022, 14:21

Biznesmen Oleq Tinkovun “Instagram” hesabından Rusiya vətəndaşlığından imtinası ilə bağlı paylaşımı müəmmalı şəkildə yoxa çıxıb.

Bu barədə iş adamının özü bildirib.

O, həmçinin Rusiya bankından “Tinkoff” brendinin çıxarılması prosesinə başladığını xəbər verib.

Xatırladaq ki, O.Tinkov dünən özünün “Instagram” hesabından Rusiya vətəndaşlığından imtina etdiyini xəbər verib və paylaşımına hökumətin onun vətəndaşlıqdan imtina ərizəsini təmin etdiyi barədə sənədin fotosunu  əlavə edib.

Özünü Rusiya qəhrəmanı adlandıran biznesmen həmçinin bundan sonra Rusiyanın indiki hakimiyyət orqanları və həmvətənləri ilə əlaqə qurmaq istəmədiyini, həmçinin digər sahibkarların da ondan nümunə götürəcəklərinə ümid etdiyini bildirib.

Paylaşımdan sonra Tinkov tənqid atəşinə tutulub. Belə ki, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin biznesmeni “çürük” adlandırıb, Federasiya Şurasında isə “Tinkoff Bank”ın adının dəyişdirilməsi təklif edilib.

Mənbə: Biznes Online




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR