Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"İndi elə bir vəziyyətdir ki..." - İşdən çıxarılan nazir müavini

"İndi elə bir vəziyyətdir ki..." - İşdən çıxarılan nazir müavini

Tarix: 4-11-2022, 11:52

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib.

Mediabiz.az "Gununsesi.info"ya istinadən xəbər verir ki, Elnur Əliyev evində olduğunu bildirib: “Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub. Əməliyyatdan sonra nazirliyin texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibov isə həbs edilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR