Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar - SİYAHI

Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar - SİYAHI

Tarix: 4-11-2022, 17:27

Azərbaycanda bu il bir neçə sabiq nazir, icra başçısı və deputat dünyasını dəyişib. 

Siyahısını təqdim edirik:

Ötən gün Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Sabiq nazir ürək çatışmazlığından vəfat edib. F.Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar - SİYAHI
Bu ilin yanvar ayında Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışıb. XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Həmçinin yanvar ayında  Ağsu rayonunun keçmiş icra başçısı Azər Səfərov 70 yaşında vəfat edib. O, 1993-cü ildən 2002-ci ilə qədər Ağsu Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Cari ilin iyun ayında Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında vəfat edib. M.Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
İyun ayında Biləsuvar Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı Əli Babayev dünyasını dəyişib. Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Avqust ayında Zərdabın sabiq icra başçısı Tofiq İmanov vəfat edib. O, 77 yaşında infarktdan dünyasını dəyişib. T.İmanov 1996-2005-ci illərdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olub.
Oktyabrın 31-də Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2006-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmçinin, Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri və icra başçısının müavini işləyib.
Oktyabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 70 yaşında onkoloji xəstəlikdən vəfat edib. A.Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin və V Çağırış Milli Məclisin deputatı olub.
Bu ilin oktyabr ayında daha bir ictimai-siyasi xadim, keçmiş deputat Surxay Tağızadə 90 yaşında vəfat edib. S.Tağızadə 1985-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR