Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Rəşad Dağlı qonşusunu buna görə ÖLDÜRÜB (YENİLƏNİB)

Rəşad Dağlı qonşusunu buna görə ÖLDÜRÜB (YENİLƏNİB)

Tarix: 9-11-2022, 10:32

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  açıqlamasında bildirib ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

*** 08:48

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

 “Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir - red) bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR