Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Kambocanın Baş naziri bu şəxslərə bahalı saat hədiyyə edəcək

Kambocanın Baş naziri bu şəxslərə bahalı saat hədiyyə edəcək

Tarix: 10-11-2022, 11:48

Kambocanın Baş naziri Hun Sen ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Birliyi) sammitinə qatılacaq bütün liderlərə lüks saat hədiyyə edəcək.

Mediabiz.az  xarici KİV-ə istinadən xəbər verir ki, 37 ildir hakimiyyətdə olduğu kasıb ölkədə dəbdəbəli saatlara olan həvəsi ilə tənqid hədəfinə çevrilən Hun Sen, Kamboca istehsalı olan və diqqət çəkən xüsusi qol saatlarının fotosunu paylaşıb.

Hun Sen dəri qayışı üzərində "ASEAN Cambodia 2022" yazılan saatların Kambocanın elmi və texnoloji inkişafını əks etdirdiyini bildirib və saatın dəyəri ilə bağlı heç bir məlumat verməyib.

Saat mütəxəssisləri isə saatın böyük ehtimalla yüz minlərlə dollar dəyərində olduğunu ifadə ediblər.

ASEAN Sammiti noyabrın 10-13-də Cənub-Şərqi Asiya ölkəsi Kambocanın paytaxtı Pnompendə keçiriləcək. Qonaqlar arasında ABŞ prezidenti Co Bayden də var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR