Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakıda rayon icra başçılarına XƏBƏRDARLIQ EDİLDİ

Bakıda rayon icra başçılarına XƏBƏRDARLIQ EDİLDİ

Tarix: 14-11-2022, 11:12

 
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon icra hakimiyyətləri, kommunal və təsərrüfat xidmətlərinə müvafiq hazırlıq tədbirləri görmələri, qışa hazırlıqla bağlı yaradılan qərargahların və aidiyyəti təşkilatların əməkdaşlarının  iştirakı ilə treninqlərin keçirilməsi tapşırılıb.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti İdarə, təşkilat və özəl qurumlar, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyətə və Bakı sakinlərinə müraciət edərək qarlı günlərdə təmizlik işlərində fəal olmağa, Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırıb.

Müşavirədə paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib, qeyd edilib ki, son 6 ay ərzində bu hallar 2,5 dəfə azalsa da, yenə də bəzi rayonlarda yer almaqdadır.

Toplantıda neqativ halların daha çox qeydə alındığı rayonların İcra Hakimiyyəti başçılarına əraziyə zəif nəzarət və çatışmazlıqlara görə ciddi xəbərdarlıq edilib. Onların nəzərinə çatdırılıb ki, rayon ərazisində baş verən bütün qanunsuzluqlara şəxsən cavabdehlik və məsuliyyət daşıyırlar.

Oxu.Az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR