Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Zelenskidən 10 addımlıq Ukrayna “sülh formulu” təklifi”

Zelenskidən 10 addımlıq Ukrayna “sülh formulu” təklifi”

Tarix: 15-11-2022, 19:26

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə müharibəni dayandırmağın yolları və müharibənin yaratdığı qlobal problemlərin həlli variantları barədə təklif irəli sürüb.

G20 sammitində onlayn çıxışı zamanı Zelenski bunun üçün on addımlıq formul təklif edib.

O, birinci bənd kimi radiasiya və nüvə təhlükəsizliyini qeyd edib. Həmçinin Rusiyanın nüvə şantajının qarşısının alınmasının önəmini vurğulayıb.

Bunun üçün o, Rusiya qoşunlarının Zaporojye atom elektrik stansiyasından (AES) çıxarılmasını, stansiyanın BAEA-nın və Ukrayna personalının nəzarətinə verilməsini təklif edib.

İkinci bənddə Zelenski “Taxıl sazişi”nin müddətinin qeyri-müəyyən müddətə uzadılmasını və həmçinin Nikolayev və Olviya limanlarına qədər genişləndirilməsini təklif edib.

Ukrayna prezidenti üçüncü bənd olaraq enerji təhlükəsizliyi məsələsini qaldırıb. Zelenski hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə görə tərəfdaşlara təşəkkür edib və bu cür yardımların daha da artırılmasına çağırıb.

Dördüncü bənd kimi, Zelenski beynəlxalq ictimaiyyəti məhbusların azad edilməsi ilə bağlı işlərə kömək etməyə çağırıb.

Beşinci və altıncı bəndlər altında Ukrayna lideri BMT Nizamnaməsinin yerinə yetirilməsi və Rusiyaya heç bir güzəştə getmədən Ukraynanın ərazi bütövlüyünün bərpasını qeyd edib. Həmçinin bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və hərbi əməliyyatların dayandırılmasının, Ukraynanın sərhədin bütün hissələrinə nəzarətinin bərpasının zəruriliyini bildirib.

Yeddinci bənddə Zelenski təcavüz cinayətinə görə ədalətin təmin edilməsini vurğulayıb. Bunun üçün təcavüz cinayəti üzrə xüsusi tribunalın və müharibənin vurduğu zərərin Rusiya hesabına ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasını təklif edib.

Səkkizinci bənddə müharibənin ətraf mühitə vurduğu ziyanın qiymətləndirilməsi və onun nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib.

Təklif olunan düsturun doqquzuncu bəndi eskalasiyanın və yenidən təcavüzün qarşısının alınmasıdır ki, Ukrayna bunun üçün artıq Kiyev Təhlükəsizlik Müqaviləsi təklif edib.

“Biz Avro-Atlantik məkanda müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementlərinin, o cümlədən Ukrayna üçün təminatların qeydə alınması məqsədilə beynəlxalq konfrans keçirməliyik. Konfransın əsas nəticəsi kimi isə Kiyev Təhlükəsizlik Müqaviləsi imzalanmalıdır”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, bu məsələ “hətta bu il” həyata keçirilə bilər.

Düsturun onuncu bəndi isə müharibənin başa çatmasını təyin edən sənəddir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR