Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olundu

Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olundu

Tarix: 18-11-2022, 19:21

Yeni ildə Moskvada atəşfəşanlıq və böyük küçə konsertləri ləğv olunacaq.

Bu barədə cümə günü Moskva meri Sergey Sobyanin öz bloqunda məlumat verib.

"Yeni il şənliyinin formatı ilə bağlı "Aktiv Vətəndaş"da səsvermə moskvalıların böyük marağına səbəb olub. İki gün yarım ərzində 300 minə yaxın insan öz fikrini bildirib. Şəhər əhalisinin mövqeyi çox aydın ifadə olunub. Səsvermə zamanı daha çox İştirakçıların 80%-dən çoxu Yeni il tədbirlərinin keçirilməsini və şəhərin bayram bəzədilməsini dəstəkləyib”, - Sobyanin yazıb.

O, aydınlaşdırıb ki, eyni zamanda 29% bayramın adi formatda keçirilməsinin tərəfdarı olub, 52% isə bu dəfə kütləvi küçə konsertlərindən imtina etməyi təklif edib. "Dostlar, fəal mövqeyiniz üçün təşəkkür edirik. Qərarınız həyata keçiriləcək", - mer əlavə edib.

Həmçinin atəşfəşanlıq olmayacaq. "Biz bu il atəşfəşanlıqdan və böyük küçə konsertlərindən imtina etməyi məqsədəuyğun hesab edirik. Ancaq eyni zamanda, Moskva bayramları sevimli şəhərimizə yaraşan parlaq və bəzəkli qarşılayacaq", - mer yazıb. 

Moskvada Yeni il tədbirləri hərbi və müdafiə sənayesi işçilərinə həsr olunacaq . Paytaxtda həmçinin uşaqlar üçün Yeni il şənlikləri və Milada səyahət festivalı keçiriləcək. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR