Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Rusiyada mədəniyyət xadimləri üçün Şərəf Məcəlləsi hazırlanıb

Rusiyada mədəniyyət xadimləri üçün Şərəf Məcəlləsi hazırlanıb

Tarix: 24-11-2022, 08:25

 
Mədəniyyət xadimlərinin Şərəf Məcəlləsi “Rusiya Mədəniyyət Cəbhəsi” ictimai hərəkatı tərəfindən hazırlanıb.

Bu barədə noyabrın 23-də Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin birinci müavini Nikolay Burlyayev məlumat verib.

Burlyaev Rusiyanın bütün şəhərlərində Rusiya Mədəniyyət Cəbhəsi hərəkatının filiallarının açılacağını da bildirib.

Siyasətçinin sözlərinə görə, məcəllə “sənət” və “əyləncə” anlayışlarını ayırmağı təklif edir.

“Mədəniyyət və incəsənət insanın mənəvi kamilliyinin, dövlətin milli təhlükəsizliyinin əsasıdır. Biz sənət əsərlərinin yaradıcıları onların insana dərin təsirini, tamaşaçıların sənətə inam səviyyəsini və cəmiyyət qarşısında məsuliyyətimizi dərk edirik. Biz başa düşürük ki, mədəniyyət və incəsənət həm faydalı, həm də zərərli ola bilər”, - Burlyaev gələcək məcəllədən sitat gətirib.

Məcəllədə o da qeyd olunur ki, sənət insanı təkmilləşdirməyə yönəlib, əyləncə isə insanların mənəvi-əxlaqi səviyyəsini aşağı salır.

Burlyaevin sözlərinə görə, sənəd hərəkatın hüquqi qeydiyyatından sonra dərc olunacaq.

Mənbə: rossaprimavera.ru




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR