Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Generaldan Bakının tıxac probleminə dair - Tənqidi yazı

Generaldan Bakının tıxac probleminə dair - Tənqidi yazı

Tarix: 24-11-2022, 16:43

 

Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov Bakının tıxac problemi ilə bağlı tənqidi yazı ilə çıxış edib.

O, Sia.az saytındakı məqaləsində tıxac probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğunu bildirib. Onun “Bitməyən tıxac dərdimiz” adlı yazısını təqdim edirik:

Bakının yollarındakı sıxlıqların səbəbləri haqqında

Son vaxtlar Bakının küçə və prospektlərində yaranan və onun füsunkar gözəlliyinə xələl gətirən tıxaclarla bağlı sosial şəbəkələrdə tez-tez məlumat xarakterli yazılar dərc olunur. Lakin tıxacların yaranma səbəbləri və onların aradan qaldırılması yolları göstərilmir. Ona görə də mən bu işdə 40 illik təcrübə toplayan ali rütbəli bir zabit kimi mühafizəsi ilə əlaqədar ətrafındakı yolların bağlanması tələb olunan dövlət tədbirləri zamanı belə, tıxaclara yol vermədən, xüsusi qorunan obyektlərin təhlükəsiz müşayiətini təmin edən və nəhayət, yol hərəkətinin təşkili üzrə diplom almış peşəkar bir yol polisi əməkdaşı kimi, xalqı narahat edən bu aktual mövzuya münasibətimi bildirməyə bilmərəm.

Ola bilsin ki, bu, kiminsə xoşuna gəlməsin. Həqiqət acı olur. Lakin, ümumxalq mənafeyini öz mənafeyindən üstün tutan və etmiş olduğu səhvlərindən düzgün nəticə çıxara bilən hikmət və qabiliyyət sahibləri üçün bu, acı məlhəm kimi qəbul edilməlidir. Bu, vicdandır! Hər insanda bir zərrədir, kainatı yaradanın özündən bir nişanədir… Odur ki, insanın vicdanı ilə nəfsi arasında Allahla şeytan arasında olduğu kimi, sonu bitməyən bir savaş gedir! Xalqını sevən, əlindən gələn işdən yapışar, yəni bacardığını xalqından əsirgəməz!

Gözəlliyi ilə dünyanı heyran edən Bakının yollarında yaranan tıxacların aradan qaldırılması üçün, hər şeydən əvvəl qanunvericilikdə nəzərdə tutulan tələblərə və yol-hərəkət qaydalarına zidd olaraq tikilən bir çox yol qovşaqları təftiş edilməli, mövcud nöqsanlar aşkara çıxarılmalı və aradan qaldırılmalıdır.

Belə ki, şəhərin daxilində, girişində və çıxışında nəqliyyatın hərəkətini iflic edən elə yol qovşaqları mövcuddur ki, onlar ya sökülüb yenidən tikilməli, ya da bərpa olunmalıdır.
Ətraflı

Məsələn, elə götürək “Excelsior hotel”lə “Yelkən hotel” arasındakı, necə deyərlər, “Bağırov körpüsü“ndən başlamış, Heydər Əliyev Mərkəzindən və ETSN-dən tutmuş, Neftçilər prospekti, Cavanşir körpüsü, “Port Baku”ya qədər və Yusif Səfərovla Heydər Əliyev prospektində yaranan tıxac “dənizinin” “Dardanel” boğazı olan dəmir yol körpüsünün ətrafında qeyri- peşəkarcasına qondarılmış yol qovşağı məncə, ilkin layihəyə uyğun tikilməyib. Ona görə ki, Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin birləşməsindən alınacaq əsas yolun rabitəsi qırılıb, hərəkət axını ikinci dərəcəli yollara paylanıb. Belə ki, Heydər Əliyev prospekti altı zolaqla - düzünə və əksinə, dəmir yol körpüsünün üzərindən keçib, hardasa, Bakı şəhər Baş Polis İdarəsi qarşısında Yusif Səfərov küçəsilə birləşməli idi. İkinci dərəcəli yollar və yol ötürücüləri isə əsas körpüyə uyğun çəkilməli idi.

Acınacaqlı haldır ki, dəmiryol körpüsünün hərəkət buraxma qabiliyyəti nəzərə alınmadan Yusif Səfərov və Babək prospektləri ilə gələn intensiv nəqliyyat axını, həmin körpünün altına buraxılıb. Sanki 500-lük su borusunu 50-lik boruya birləşdirmişlər. Bu, azmış kimi körpünün altından - Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə çıxan nəqliyyat axınının hərəkətinə mane olan, Bakı Əyləncə Mərkəzi və Babək prospekti istiqamətinə lüzumsuz olaraq uzununa bir körpü də salıblar… Əgər altından istifadə olunmursa, yol uzununa körpü salınarmı?

İndi Prezident kortejini labirintlərdən keçirib ikinci dərəcəli yolla Heydər Əliyev prospektinə çıxarmaq məcburiyyətində qalmışıq...

Təəssüflər olsun ki, vaxtilə bu barədə irəli sürdüyüm təkliflər nəzərə alınmadı. Belə faktlar çoxdur… “20 yanvar” dairəsındəki körpü bundan da acınacaqlıdır.

Maraqlıdır, hansı əsasla Mərdəkandan başlayaraq nə qədər vəsait hesabına tikilən yol ötürücüləri ilə yığılan intensiv nəqliyyat axını “20 Yanvar” körpüsünün altından hərəkət zolağının düz ortasından keçərək Mətbuat prospekti ilə şəhərdən çıxışa - cənub istiqamətinə hesablandığı halda, “20 Yanvar” körpüsünə çatmamış hərəkət axınının qarşısı betonla tam bağlanıb, hərəkət sağa döndərilib, nəqliyyatburaxma qabiliyyəti qat-qat aşağı olan ikinci dərəcəli yolla Quba istiqamətinə yönəldilib. Bəs, sual olunur, “20 Yanvar” körpüsü nə üçün tikilmişdi? Eyni zamanda, mənasız tikilən 3-cü mikrorayon körpüsündən demək olar ki, heç istifadə olunmur. Hətta insanlar ondan dayanacaq kimi istifadə edirlər.

Və yaxud da keçmiş Komsomol dairəsində tikilmiş yol qovşağı istər-istəməz nəinki mütəxəssisləri, eybəcərliyi ilə hər bir insanı düşündürməyə bilmir. Belə ki, həmin körpü yolüstü keçidə çatmamış tamamlanıb. Əksinə, həmin körpü, bir neçə dirək də əlavə edilməklə uzadılıb indiki ucadılmış betot saatın yanında tamamlanmalı idi. Razin-Ramana, Əmircan və Bülbülə qəsəbələrini birləşdirən yollar isə əvvəlki vəziyyətində qalmalı idi. İndiki vəziyyətdə isə bu qəsəbələr arasında sanki Çin səddi çəkilib. Yerüstü keçid isə beşmərtəbəli binaya qalxıb enməkdən çətin olub. Belə tıxac yarada biləcək faktlar və nöqsanları çox sadalamaq olar.

Yeri gəlmişkən, tikilən “Yelkən hotel”i nə qədər gözəl olsa da, arxitektura nöqteyi-nəzərindən Heydər Əliyev Mərkəzinin möhtəşəmliyinə xələl gətirir. Fikir vermisinizmi ki, Amerikada Ağ Evin ətrafında ondan hündür heç bir tikinti aparılmayıb. Görünür, tək insanlar arasında yox, elə şəhərsalma sahəsində də etik qaydalara riayət etmək arxitektura sənətinin özünəməxsus incəliklərindədir. Tıxacla əlaqədar mövcud nöqsanların aradan qaldırılması ilə bağlı yarana biləcək qaranlıq suallara, lazım gələrsə, açıqlama verməyə hazıram...

Yekun olaraq bir daha təkrar edirəm ki, tıxacların aradan qaldırılmasının yeganə yolu, yollarda və yolqovşaqlarındakı mövcud nöqsanları aradan qaldırmaqdır".

“Qafqazinfo”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR