Son Xəbər: Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub, Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub,

"Türkiyə ilə azad ticarət haqqında saziş üzərində işləyirik" - İlham Əliyev

"Türkiyə ilə azad ticarət haqqında saziş üzərində işləyirik" - İlham Əliyev

Tarix: 25-11-2022, 19:51

 

Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq.

Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib: “Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, - bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz, gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli ticarətin artırılması üçün yeni imkanlar mövcuddur. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz indi Türkiyə ilə gömrük rüsumlarından azad ediləcək malların adlarının siyahısının genişləndirilməsi və azad ticarət haqqında saziş üzərində işləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur. Başqa ölkələrlə də eyni vəziyyəti görürük. Bir mühüm addım da var ki, digər aparıcı aktorlar da bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən cəlbedici hesab edirlər”.

Azərbaycan Prezidentinin sözlərinə görə, tarif siyasətinin unifikasiyası, gömrük strukturlarının fəaliyyətinin əlaqələndirilməsi üzərində daha çox işləmək lazımdır ki, öz yüklərini haraya göndərmək barədə düşünən şirkətlər həm vaxta, həm də pula qənaət etmək üçün bu dəhlizdən istifadə etsinlər. Bunun üçün potensial var və biz düzgün istiqamətdə irəliləyirik”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR