Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

DİM Elm və Təhsil Nazirliyində işə qəbul müsahibələrini ləğv etdi

DİM Elm və Təhsil Nazirliyində işə qəbul müsahibələrini ləğv etdi

Tarix: 30-11-2022, 18:33

 

Sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə qeydiyyatdan keçmiş namizədlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinə noyabrın 28-də daxil olmuş Elm və Təhsil Nazirliyinin 25 noyabr 2022-ci il tarixli №05-9-2460/16 nömrəli məktubunda Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı və yeni yaradılan agentliklərin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflər hazırlanır.

DİM-dən verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin qeyd edilən məktubu nəzərə alınaraq sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında həmin nazirliyin Təhsilin inkişafı və proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələr ləğv edilib.

“Əlavə olaraq bildiririk ki, qanunvericiliyin tələbinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak isə ödənişlidir.

Müsahibələrin ləğv edilməsi namizədlərin ödənişsiz iştirak etmək hüququna malik olduğu müsahibə sayı hesablanarkən nəzərə alınacaq, habelə müsahibədə iştirak etmək üçün namizədlər tərəfindən ödənilmiş məbləğ geri qaytarılacaqdır”, - məlumatda deyilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR