Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video

“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video

Tarix: 2-12-2022, 16:28

 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi “Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün yenidən hazırlayıb.

Mediabiz.az Türkiyə mediasına istinadən xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsus olan mahnının mətni dəyişdirilərək “Senden Vazgeçmeyiz” adı verilib. 

Sözügedən klipi isə partiyanın İstanbul üzrə Nümayəndəliyinin rəhbəri Osman Nuri Kabaktepe öz sosial media hesabında paylaşıb. 

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşündən də görüntü yer alıb. Mahnı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR