Son Xəbər: Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub, Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub,

Naxçıvanla əlaqə “Şimal-Cənub” dəhlizinin qoluna çevrilə bilər” - Ceyhun Bayramov

Naxçıvanla əlaqə “Şimal-Cənub” dəhlizinin qoluna çevrilə bilər” - Ceyhun Bayramov

Tarix: 5-12-2022, 21:55

 

“Naxçıvanla əlaqə “Şimal-Cənub” dəhlizinin qoluna çevrilə bilər”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.

Onun sözlərinə görə, bu, münaqişədən sonrakı nizamlanmanın müxtəlif yolları üzrə irəliləyiş və tərəqqidən təkcə Ermənistan və Azərbaycanın deyil, həm də bütün region ölkələrinin faydalana biləcəyinin daha bir təsdiqidir. “Azərbaycan bu məsələni konstruktiv şəkildə təşviq etməyə hazırdır və baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli komissiya çərçivəsində bu mövzu müzakirə olunur. Ümid edirəm ki, Ermənistan tərəfi də konstruktiv yanaşma nümayiş etdirəcək və məsələni “ölü” nöqtədən tərpətmək imkanı olacaq”, - XİN başçısı bildirib.

XİN rəhbəri vurğulayıb ki, bu layihə artıq Azərbaycan ərazisində həyata keçirilir, dəmir yolu xətti və bütün infrastruktur tikilir. “2023-cü ildə bizim ərazimizdə bu layihə Ermənistan ərazisi ilə sərhədə qədər tamamlanacaq. Bundan sonra prosesin necə davam edəcəyi Ermənistan tərəfinin mövqeyinin nə dərəcədə konstruktiv olmasından asılı olacaq”, - C.Bayramov söyləyib.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi iki ölkənin prezidentləri, hökumət başçıları səviyyəsində daim müzakirə olunur.

“Müzakirələr bütün səviyyələrdə gedir. Son zamanlar təkcə ölkələrimiz üçün deyil, həm də bu layihədə iştirak edən İran üçün aydın qiymətləndirmələrin ortaya çıxması səbəbindən bu müzakirələr intensivləşib. Bu, Asiya və Avropanın daşıyıcıları üçün əhəmiyyətli faydadır, həm vaxta, həm də maliyyə xərclərinə qənaət təmin edir. Ona görə də bütün iştirakçı tərəflərin marağı var”, - Rusiya XİN başçısı bildirib.

Azərbaycan XİN başçısı Lavrovun “Şimal-Cənub” layihəsinin əhəmiyyəti ilə bağlı dediklərini təsdiqləyib və əlavə edib ki, hazırda layihənin aktuallığı daha da artıb.

“Transmilli nəqliyyat layihəsi deyərkən təkcə bizim ölkəmizə təsir etməyən daha geniş coğrafiyanı nəzərdə tuturuq. İmkanları genişləndirmək üçün müzakirələr gedir. Bu dəhlizdə multimodal sxemlər üzrə yüklərin daşınması həyata keçirilir. İran ərazisində, Rəşt-Astaranın çatışmayan hissəsində indi proseslər daha dinamik inkişaf edir”, - C.Bayramov əlavə edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR