Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

İranda etirazçıların edam olunmasına başlanılır

İranda etirazçıların edam olunmasına başlanılır

Tarix: 6-12-2022, 10:26

İranda etirazlar səbəbindən həbs olunaraq edam cəzasına məhkum edilən şəxslərdən bəzilərinin cəzasının icra edilməsinə qərar verilib.

Mediabiz.az  İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranda məhkəmə hakimiyyəti qolunun rəhbəri Qulamhüseyn Möhsüni Əcai bildirib.

Əcainin sözlərinə görə, yaxın vaxtlarda indiyə qədər barələrində ölüm hökmü çıxarılmış 6 nəfərdən bir neçəsinin cəzasının icra edilməsinə başlanacaq.

O vurğulayıb ki, məhkəmə prosesi qısa müddətdə başa çatıb.

Terror diqqətə çatdırıb ki, konstitusiya quruluşunu dəyişməyə cəhd kimi ağır maddələrdə ittiham olunanlar edam cəzasına məhkum ediliblər. Xeyli insanın isə uzunmüddətli həbsinə qərar verilib.

“Ölüm hökmü çıxarılmış şəxslərin bir hissəsi tezliklə edam ediləcək”, - deyə İran rəsmisi bəyan edib.

Qeyd edək ki, sentyabrda hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılan və müəmmalı şəkildə həyatını itirən 22 yaşlı Məhsa Əminin ölümündən sonra İranda kütləvi etirazlar başlayıb. Ailəsi M.Əminin heç bir xəstəliyinin olmadığını və polis tərəfindən döyülərək öldürüldüyünü, rəsmilər isə ürək çatışmazlığından vəfat etdiyini bəyan ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR