Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

““Mercedes” işə düşmədi, piyada gəldim” - Lukaşenko

““Mercedes” işə düşmədi, piyada gəldim” - Lukaşenko

Tarix: 9-12-2022, 12:19

 
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Mediabiz.az  xarici mediaya istinadən xəbər verir ki, sammitin keçirildiyi Ala-Arça dövlət iqamətgahında qonaqların qarşılanma mərasimi zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qırğız həmkarı Sadır Japarov arasında maraqlı dialoq olub. 

Belə ki, Lukaşenko Japarova deyib: “Gecikməmişəm ki? “Mercedes” zəifdir, işə düşmür, piyada gəldim”.

Lukaşenkodan əvvəl isə məkana Ermənistanın Baş naziri Nikol Paşinyan gəlib. Onun iqamətgaha hər kəsdən əvvəl gəldiyi bildirilir.

Qeyd edək ki, Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev də artıq sammitin keçiriləcəyi məkana gəliblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR