Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR

Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR

Tarix: 10-12-2022, 21:39

 
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər dekabrın 10-da Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.

Səfərdə iqamətgahı Bakı və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Diplomatlar və hərbi attaşelər əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Hava limanının direktoru Vüqar Həsənov qonaqlara aeroport haqqında məlumat verib.

Səfər Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinqlə davam edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan və Qubadlı rayonlarının tarixi, demoqrafik vəziyyəti, strateji əhəmiyyəti və iqtisadi potensialı, Ermənistanın 30 ilə yaxın hərbi işğalı nəticəsində vurulmuş ziyan haqqında ətraflı məlumat verib. Hikmət Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra burada həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri barədə danışıb, mina problemi, Zəngəzur dəhlizi və Azərbaycanın sülh gündəliyi kimi məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan və Qubadlı şəhərlərinin baş planları barədə təqdimatla çıxış edib.

Digər çıxış edənlər - Azərbaycan Respublikası Prezidentinin Zəngilan, Qarabağ və Şuşada xüsusi nümayəndələri Vahid Hacıyev, Emin Hüseynov və Aydın Kərimov qonaqlara görülən işlər barədə məlumat veriblər.

Brifinqdən sonra iştirakçılar Zəngilan şəhərinə yola düşüblər. Yolüstü Oxçuçayın keçdiyi ərazidə onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi tərəfindən Ermənistanın və bir sıra əcnəbi şirkətlərin məqsədyönlü şəkildə çaya tullantılar buraxmaqla törətdiyi ekoloji terror, vurulmuş ziyan barədə məlumat verilib.

Zəngilan şəhərində iştirakçılar Ermənistanın törətdiyi dağıntıların miqyası və hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məscid, habelə ilk yaşayış binası, məktəb və digər layihələrlə yaxından tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gələn xarici qonaqlara “Ağıllı kənd” layihəsi, kənd infrastrukturu, Arximed turbini tipli Su Elektrik Stansiyası barədə məlumat verilib.

Səfər Qubadlı şəhərində davam etdirilib. Qubadlıda qonaqlar Ermənistanın viran qoyduğu şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub, şəhər mərkəzinə və həyata keçirilən infrastruktur layihələrinə baxıblar.

Sonda səfərdə iştirak edən səfirlər və rəhbər şəxslər, diplomatik korpusun digər üzvləri və hərbi attaşelər, habelə Türkiyə Respublikasının dövlət qurumlarının nümayəndələri Zəngilan Beynəlxalq Hava Limanından xüsusi çarter reysləri ilə Bakı və Ankara şəhərlərinə yola salınıblar.
Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR