Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

"Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir" - Ərdoğan

"Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir" - Ərdoğan

Tarix: 13-12-2022, 19:23

 

"Məqsədimiz təkcə üç ölkənin xalqı üçün deyil, həm də qardaş Türkiyə dövlətləri və bölgəmiz üçün daha firavan və təhlükəsiz gələcək qurmaqdır. Başda Türk Dövlət Təşkilatlarımız olmaqla çoxtərəfli əməkdaşlığın gücləndirilməsi hədəflərimiz arasındadır".

Bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri öncəsi açıqlama verərkən deyib.

"Avaza sammiti əsasən təbii qazla bağlı addımların atılmasına yönəlib. Bunun üçün enerji və təbii sərvətlər nazirimiz  sammitdə bizimlə olacaq. Görüşləri orada keçirəcəyik. Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir. Ümid edirəm ki, Türkmənistan qazını Xəzər vasitəsilə ölkəmizə gətirəcəyik. Ümid edirəm ki, 21-ci əsrin Türk Əsri olması üçün çalışmağa, əməkdaşlıq etməyə və qardaşlığımızı hər sahədə gücləndirməyə davam edəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünün ölkəmizə, bölgələrimizə, türk dünyasına xeyirli olmasını arzulayıram" -deyə Ərdoğan bildirib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR