Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş - FOTO

Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş - FOTO

Tarix: 14-12-2022, 12:30

Dekabrın 11-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı Kənd İnzibati Nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Allahverdiyev daha əvvəl uzun müddət “Azərişıq” ASC-də işləyib. Hadisəni törədən 2003-cü il təvəllüdlü Murad Kazımov isə ali məktəblərdən birinin 3-cü kurs tələbəsi olub. Murad dərsdən sonra ailəsinə dəstək məqsədilə həm də işləyirmiş.

Bildirilir ki, qətl hadisəsi Mahir Allahverdiyevin yaşadığı binanın qarşısında baş verib. Axşam saat 21 radələrində Murad ona zəng edərək küçəyə çıxmasını istəyib. O, özündən 28 yaş böyük şəxsə 17 bıçaq zərbəsi endirib. M.Allahverdiyev hadisə yerində vəfat edib.

Bildirilir ki, mərhum M.Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ müharibəsi iştirakçısı və qazi imiş. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Qeyd edək ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir. Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.

Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş - FOTO









RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR