Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Azəriqaz”dan Xankəndidə mavi yanacağın kəsilməsinə dair məlumatlara REAKSİYA

“Azəriqaz”dan Xankəndidə mavi yanacağın kəsilməsinə dair məlumatlara REAKSİYA

Tarix: 14-12-2022, 13:58

 
“Ermənistan Kütləvi İnformasiya Vasitələrində (KİV) növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır. Bu dəfə yayılan dezinformasiyaya görə guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırıb”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-dən  bildirilib ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir:

“Belə ki, “Azəriqaz” İB olaraq bəyan edirik ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb. Əlavə olaraq qeyd edək ki, yaxın günlərdə qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində müvafiq texniki diaqnostika işləri aparılacaqdır. Məlum olduğu kimi, hazırda soyuq hava şəraiti ilə əlaqədar Azərbaycanın digər dağlıq və dağətəyi rayonlarında da qaz xətlərində nasazlıqlar baş verir. Ümumilikdə texniki diaqnostikaların həyata keçirilməsi davamlı və təhlükəsiz qazın təchizatına hesablanan addımlardan biri kimi qiymətləndirilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR