Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Tarix: 14-12-2022, 17:00

 

Yol polisi avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə hər bir sürücü bilməlidir ki, təyinatı üzrə öz zolağı ilə hərəkət etməyib, avtobus zolağına daxil olduqda bu əməl İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, yəni nişanın tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur.

Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Lakin paytaxtın Qara Qarayev, Məhəmməd Hadi, Atatürk və Ziya Bünyadov kimi nəqliyyatın daha da intensiv olduğu ərazilərdə əlavə naryadlar cəlb olunmaqla ərazi üzrə nəzarət edilir. Avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmaq, inzibati məsuliyyət yaradan hallardan çəkinmək və nəticədə paytaxt yollarında nəqliyyat axının səmərəli formada hərəkətini təşkil etməklə nəqliyyat ehtiyaclarının ödənilməsi və yollarda əlavə yüklənmənin olmaması üçün hər bir sürücüdən anlayışlı münasibət tələb olunur”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR