Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Rusiyadan Bəxtiyar Ersayın Azərbaycandakı təyinatına - Münasibət

Rusiyadan Bəxtiyar Ersayın Azərbaycandakı təyinatına - Münasibət

Tarix: 15-12-2022, 17:10

Bu gün Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın həftəlik brifinqində erməni jurnalist Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin olunmasına dair təxribat xarakterli sual verib.

Jurnalist Zaxarovaya “Nəyə görə Rusiya bəzi hallarda postsovet ölkələrinin NATO ilə əməkdaşlığına mənfi reaksiya verdiyi halda, digər hallarda bu əməkdaşlığa göz yummağa üstünlük verir?” sualını ünvanlayıb.

Reklamınızı SmartBee ilə effektiv edin.

Zaxarova erməni jurnalistin bu məsələ ilə bağlı iradını qəbul etmədiyini deyib:

“Mən sizinlə razılaşmıram, mən tək Azərbaycanda deyil, Ermənistan da daxil olmaqla digər qonşu ölkələrdə də xarici ölkə vətəndaşı olan müşavirlər görürəm. Hər bir ölkənin öz tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Lakin bununla belə, bu üçüncü ölkələrə qarşı yönəldilməməli və Cənubi Qafqazda yaranmış qüvvələr balansını pozmamalıdır. Biz bu tezisləri regiondakı tərəfdaşlarımıza çatdırırıq”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR