Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

30 min rüşvət istəyən prokurora cinayət işi başlandı

30 min rüşvət istəyən prokurora cinayət işi başlandı

Tarix: 16-12-2022, 11:18

Vətəndaşlardan rüşvət tələb edən prokuror barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Emin Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 3 nəfərdən külli miqdarda pul tələb edib.

Belə ki, vətəndaş Gülşad Mirzəyeva (şərti) 2021-ci ildə tanışı Elçin Nağdəliyevin ona hədə-qorxu gəlməsi ilə bağlı yaşadığı mənzildə qollarını kəsərək özünü öldürməyə cəhd edib. Daha sonra Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib. Müraciət polis bölməsində araşdırıldıqdan sonra toplanmış materiallar Qaradağ Rayon Prokurorluğuna göndərilib. İlkin araşdırma zamanı məlum olub ki, Gülşad Mirzəyevanın qeyd edilən hadisənin baş verməsində Elçin Nağdəliyevlə yanaşı, Emin Oruczadə və Sərxan Quliyev adlı şəxslərin də iştirakının olmasını bildirib. Həmin işlə əlaqədar prokuror Emin Seyidov sonunculara və onların yaxın qohumlarına cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə bu ilin yanvarında Qaradağ Rayon Prokurorluğundakı xidməti otağında, habelə telefon vasitəsilə 30 min manat rüşvət istəyib. Barəsində araşdırma aparılan şəxslərlə danışıqdan sonra məbləği əvvəlcə 15 min, daha sonra 10 min manata endirib.

Emin Seyidovun əməllərinin üstü açılandan sonra onun barəsində cinayət işi başlanıb. Prokurora hədə-qorxu ilə külli miqdarda rüşvət alma ittihamları verilib. E.Seyidov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Hazırda onunla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, E.Seyidov 2017-ci ildə prokurorluq orqanlarında işə qəbul olunub. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunda müstəntiq işləyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR