Son Xəbər: AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi, Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ, Kosova Avropa Şurasına üzv olur,

Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO

Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO

Tarix: 26-12-2022, 09:31

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on beş gündür davam edir.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Onların tələbləri ilk gündən dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Eyni zamanda, bu gün səhər saatlarında Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus hərbi polis maşını və hərbçiləri daşıyan avtomobil keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

“Report”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR