Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Xankəndidə gərginlik: Vardanyan Balasanyanı “VURDU”

Xankəndidə gərginlik: Vardanyan Balasanyanı “VURDU”

Tarix: 27-12-2022, 10:57

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanla separatçıların “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar.

Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.

“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, - deyə “Hraparak” qeyd edib.

Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə “Təhlükəsizlik Şurası”nın “katibi” postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb:  Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandanı” Levon Mnatsakanyan.

“Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazrda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir.

O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulma” prosesi gedir. Bu səbəbdən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb.

“Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, - deyə “Hraparak” milyarderin  Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR