Son Xəbər: Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib, Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib, Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ, Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir, Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM, Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq,

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? - AÇIQLAMA

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? - AÇIQLAMA

Tarix: 29-12-2022, 13:19

 

2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bu günlərdə Türkiyədə ilk dəfə bir korporativ şirkət daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacağı ilə xəbər yer alıb. Belə ki, 1450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.

Azərbaycanda da 4 günlük iş rejimi tətbiq oluna bilərmi?

İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, 4 günlük iş həftəsinə keçid bir sıra Avropa ölkələrində müzakirə olunur. Onun sözlərinə görə, bunu ən çox müzakirə edən və tətbiqinə hazırlaşan ölkə Böyük Britaniyadır. 

"Bu ölkə 4 günün iş, qalan 3-nün isə qeyri-iş günü olmasını tətbiq etmək niyyətindədir. Azərbaycanda isə 4 günlük iş rejiminə keçiddən əvvəl əmək bazarı ilə bağlı bir sıra məsələlər var ki, onların həlli daha aktualdır. 2022-ci ildə dövlət sektorunda əmək haqqı artımları baş verdi, özəl sektorda isə buna münasib addımlar atılmadı. Bu baxımdan, Azərbaycan əmək bazarında 4 günlük iş rejiminin tətbiqi deyil, daha çox əmək hüquqlarının qorunması, əmək haqqı fondunun genişləndirilməsi, maaşların artırılması kimi məsələlər daha aktuladır".

Deputat qeyd edib ki, bu gün əmək bazarında qeyri-leqal işləyənlərin sayı az deyil:

"Baxmayarıq ki, 2020-ci ildən etibarən bu sayda kəskin azalmalar var, amma yenə də qeyri-rəsmi məşğulluğun ümumi məşğulluqdakı payı yüksəkdir. Əmək müqavilələrinin böyük qismi dövlət sektorunun payına düşür. Əmək bazarının spesifik çətinlikləri və həll edilməli məsələləri var.  Azərbaycanda əmək bazarında işçilərin hüquqlarının qorunması, qeyri-rəsmi məşğullun minimumlaşdırılması, xüsusən özəl sektorda maaşların artırılması ilə bağlı qərarların verilməsi, o cümlədən, məzuniyyət hüquqlarının tam olaraq yerinə yetirilməsi kimi məsələlər var. Bunlar həll edildikdən sonra növbəti mərhələdə iş rejimi ilə bağlı məsələlərə baxılması mümkündür".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR