Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Nazpəri ilə Elza barışdılar - VİDEO

Nazpəri ilə Elza barışdılar - VİDEO

Tarix: 2-01-2023, 12:35

İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan barışıblar.

Həmin anlar “Günaydın, Azərbaycan” verilişində izləyicilərə təqdim olunub. N.Dostəliyeva evinə qonaq gələn E.Seyidcahanla qucaqlaşıb. 

“Küsmək deyildi... Allah eləməsin! Düşmən deyilik. Üz-üzə gəldik, həmkarıq. İllər boyu Elzanın mahnıları olub, onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub”, - deyə Nazpəri bildirib.

Qeyd edək ki, Nazpəri və Elza arasında qalmaqal “Azərbaycanın səsi” müsabiqəsində başlayıb. Münsif kürsüsündə oturan ifaçıların sözləri çəp gəlib və bir-birini tənqid ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR