Son Xəbər: 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var, KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL, İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib, Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib,

Vilayət Eyvazov polislərdən vətəndaşlara nəzakətli davranmağı tələb etdi

Vilayət Eyvazov polislərdən vətəndaşlara nəzakətli davranmağı tələb etdi

Tarix: 13-01-2023, 21:09

 

Yanvarın 13-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə edilən müsbət nəticələrdə Alayın şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb. Bununla belə nazir xidmətdə müəyyən nöqsan və çatışmazlıqların da mövcudluğunu qeyd edərək, onların tezliklə aradan qaldırılmasını tələb edib.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə çıxış edərək görülən işlərin nəticələri ilə bağlı məruzə edib.

Müşavirəyə yekun vuran daxili işlər naziri xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyinin tapşırığına əsasən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb.

Polisin insanların güvən yeri olduğunu vurğulayan nazir V.Eyvazov hər bir əməkdaşın qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasını, onların həyati problemlərinin həllinə yardımçı olmasnı, müraciətlərinə həssaslıqla yanaşmasını, habelə, vətəndaşlarla ünsiyyətdə nəzakətli davranmalarını tələb edib.

O, əmin olduğunu bildirib ki, Alayın şəxsi heyəti qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.
Vilayət Eyvazov polislərdən vətəndaşlara nəzakətli davranmağı tələb etdi





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR