Son Xəbər: UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb,

Gələn həftə hava necə olacaq?

Gələn həftə hava necə olacaq?

Tarix: 14-01-2023, 17:30

 

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən, yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskin olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta, aran rayonlarında 5-8 dərəcə isti olacaq.

Qurum həmçinin ölkə ərazisində faktiki hava durumunu da açıqlayıb.

Məlumata görə, bu gün Azərbaycan ərazisində hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub.

Cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib. Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə duman müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1 dərəcəyədək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5 dərəcə isti, Naxçıvan MR-də 6-13 dərəcə şaxta, dağlıq rayonlarda 8-11 dərəcə şaxta, aran rayonlarında 2 dərəcəyədək şaxta olub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR