Tarix: 18-01-2023, 07:29
Qoç
Gün maraqlarınızı bölüşən və planlarınızı təsdiqləyən insanlarla ünsiyyət üçün münasibdir. Birgə hərəkətlərdə onlarla asanlıqla razılaşa, lazım olduqda ağıllı məsləhət və real kömək ala bilərsiniz. Əvvəllər demək olar ki, formal xarakter daşıyan münasibətlər daha rahatlaşacaq və istəsəniz, tezliklə mehriban xarakter alacaq.
Əvvəllər sizi və yaxınlarınızı çaşdıran bəzi məsələləri həll etmək mümkün olacaq. Uzaqdan gələn xoş xəbərlər, çox düşünmədən razılaşdığınız təkliflər də istisna edilmir.
Buğa
Etibar etdiyiniz insanlarla planlarınızı müzakirə etmək faydalı olacaq. Xoşagəlməz anlardan və səhvlərdən qaçaraq, planınızı həyata keçirməyin nə qədər asan olduğu sizə aydın olacaq. Köhnə yaradıcılıq planını həyata keçirməyə başlayan və ya çoxdan maraqlandığı şeyi öyrənməyə başlayan insanlar üçün yaxşı gün olacaq.
Həm dostluq, həm də romantik münasibətlərin başlaya biləcəyi qeyri-adi görüşlər, tanışlıqlar mümkündür. Bu gün siz təəccüblü dərəcədə həvəsli olacaqsınız və başınızı tamamilə itirə bilərsiniz, amma peşman olmayacaqsınız.
Əkizlər
Həddindən artıq işləməməyə çalışın: bu gün həddindən artıq yüklənmək əhval-ruhiyyənizə və səhhətinizə pis təsir edə bilər. İstirahət etdikdən sonra dərhal daha enerjili və daha şən olacaqsınız. Günün ilk yarısını müsbət emosiyalar bəxş edən fəaliyyətlərə həsr edin və faydalı, lakin çox da maraqlı olmayan hər şeyi bir müddət kənara qoyun.
Axşam çoxdan görmədiyiniz insanlarla ünsiyyət üçün əlverişli zaman olacaq. Söhbət üçün çoxlu mövzular olacaq, vacib bir şey öyrənmək imkanınız yaranacaq. Bu vaxt mübahisə edib üzüldüyünüz bir insanla barışmaq üçün də uyğun olacaq.
Xərçəng
Bu günə planlaşdırdığınız ciddi işlər varsa, heç kimdən dəstək və ya kömək gözləmədən, təkbaşına bunların öhdəsindən gəlməyə çalışın. Həmişə müttəfiqiniz olanlarla belə, birgə hərəkətlər barədə razılığa gəlmək asan olmayacaq. Çoxdankı dostlar və digər yaxın insanlar öz problemləri ilə çox məşğul ola bilərlər.
Bütün bunlar məqsədinizə çatmağınıza mane olmayacaq, çünki siz çox enerjili və qətiyyətli olacaqsınız, boş yerə vaxt itirməyəcəksiniz. Günün ikinci yarısı maliyyə daxiolmaları vəd edir.
Şir
Gün təlaş və çaşqınlıq gətirəcək: bəzən onlar sizi ciddi şəkildə bezdirəcəklər. Ancaq belə bir mühitdə kiçik hadisələrə həddindən artıq reaksiya verməsəniz, planlaşdırdığınız hər şeyi, hətta daha çoxunu həyata keçirə bilərsiniz. Sizinlə razılaşmayanlarla mübahisə etməyə dəyməz: tezliklə bəlli olacaq ki, siz haqlısınız.
Günün ikinci yarısı birincidən daha sakit keçəcəyi üçün konsentrasiya və detallara diqqət tələb edən hər şeyi planlaşdırmağa dəyər. Bu, bəzi sırf daxili işlərə, tədqiqatlara və hətta hobbilərinizə də aiddir.
Qız
Bu gün eyni anda bir neçə işi görməlisiniz. Unutmamaq, gözdən qaçırmamaq və qarışdırmamaq çətin olacaq, amma bacaracaqsınız. Bir çox insanlar çoxdan müəyyən edilmiş məqsədə doğru qeyri-adi bir yol tapacaq və ya tanış vəzifələri həll etməyin nə qədər asan olduğunu başa düşəcəklər. İş üçün gözəl ideyalar da olacaq. Tezliklə siz onları həyata keçirə biləcəksiniz.
Gün həm yeni tanışlarla, həm də yaxınlarınızla ünsiyyət üçün əlverişli olacaq. Sizdən tamamilə fərqli insanları nə qədər yaxşı başa düşdüyünüzə təəccüblənəcəksiniz. Qeyri-adi və parlaq romantik hisslər istisna edilmir.
Tərəzi
Gün maraqları və baxışları sizinkinə oxşar olan insanlarla ünsiyyət üçün münasibdir. Çox faydalı şeylər öyrənə, fikir mübadiləsi apara, birlikdə həyata keçirəcəyiniz planları müzakirə edə biləcəksiniz. Mübahisə üçün heç bir səbəb olmayacaq, lakin çoxlu xoş anlar olacaq. Cazibədar təkliflər ala bilərsiniz, əvvəllər haqqında çox eşitdiyiniz yerləri ziyarət etmək şansı əldə edəcəksiniz.
Günortadan sonra çox işləməməyə çalışın: bu zaman günün emosional fonu gərgin olacaq və orqanizminiz xüsusilə həssas olacaq. Fasilə verin – bu, mütləq sizə xeyir verəcək.
Əqrəb
Gün gərgin keçəcək. Çox güman ki, bir anda bir neçə işlə məşğul olmalısınız və bu, asan olmayacaq. Əlbəttə ki, bunu edə bilərsiniz, lakin bu, çox güc tələb edəcək, buna görə də istirahətə vaxt ayırın.
Günün əvvəlində başqaları ilə münasibətlər gərgin ola bilər: fikir ayrılıqları və hətta qızğın mübahisələr də ola bilər, ən sadə məsələlərdə belə razılaşmaq asan olmayacaq. Ancaq tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, ünsiyyət yenidən sevindirəcək, hamının bəyənəcəyi həll yolu olacaq. Axşam aşiqlər üçün xoş sürprizlər vəd edilir.
Oxatan
Səbr edin. Bu gün hadisələr istədiyinizdən nəzərəçarpacaq dərəcədə yavaş inkişaf edəcək və bəzi halların öhdəsindən dərhal gəlmək mümkün olmayacaq. Görüşməyə razılaşdığınız insanlar gecikə bilər və bəzi məsələlər qeyri-müəyyən müddətə təxirə salınmalı olacaq.
Bununla belə, bu barədə narahat olmamalısınız, çünki gün təkcə bezdirici gecikmələr deyil, həm də yeni imkanlar gətirəcək. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ehtimal olunur. Yaxın vaxtlarda öz bizneslərini açmağa hazırlaşan insanlar xoş xəbərlər alacaqlar.
Oğlaq
Bu gün özünüz və başqaları üçün çox faydalı işlər görəcəksiz. Son zamanlar hamını əsəbiləşdirən məsələləri həll etmək imkanı yaranacaq. Təcrübəniz sizə onların öhdəsindən gəlməyə kömək edəcək: onun sayəsində vacib detallara diqqət yetirəcəksiniz. Maliyyə işlərini qaydasına sala bilərsiniz. Bəzi insanlar böyük alış-verişə qərar verəcəklər.
Gün yaxın insanlarla ünsiyyət, ailə hadisələri, mehriban görüşlər və romantik görüşlər üçün əlverişli olacaq. Sizə əziz olan insanları mükəmməl başa düşəcəksiniz və onları məmnun etmək üçün mütləq fürsət tapacaqsınız.
Dolça
Gün gərgin keçəcək, lakin siz mütləq bundan həzz alacaqsınız. Uzun müddət bacarmadığınız məsələri həll etmək imkanı olacaq. Narahatlıq üçün səbəblər daha az olacaq, özünüzü daha inamlı hiss edəcəksiniz. Son zamanlar xırda şeylərdən narahat olan insanlar gələcəyə böyük nikbinliklə baxmağa başlayacaqlar.
Yeni bir iş götürə, sınaqdan keçirə, improvizasiya edə bilərsiniz – burada şanslı olacaqsınız. Əvvəllər heç kimin bilmədiyi istedadlarınız üçün istifadə sahələri tapılacaq.
Balıq
Əzmkar olmaq faydalıdır. Onun sayəsində bu gün əvvəllər demək olar ki, qeyri-mümkün görünən şeyə nail ola biləcəksiniz. Siz başqasından nümunə götürməyəcəksiniz, öz tərzinizlə hərəkət edəcəksiniz, məqsədə qısa yol tapacaqsınız. Çoxları sizin ideyalarınız və planlarınızla maraqlanacaq, onların suallarına cavab verməyə hazır olun.
Yeni tanışlarla söhbətlər sizi sevindirəcək: təəccüblü dərəcədə ortaq cəhətləriniz olacaq. Bu gün ortaya çıxan qarşılıqlı rəğbət hissi sonda sevgiyə çevrilə bilər.