Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

Tarix: 25-01-2023, 15:52

2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2967 mln. manat təşkil edib.

Mediabiz.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nağdsız əməliyyatların həcmi 2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 2313 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2.7 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%-ni təşkil edib.

Bundan əlavə, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POS terminalların sayı isə 29.8% artıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR