Son Xəbər: Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub, Sabah Azərbaycanda 36 dərəcə isti olacaq,

Daşaltı əməliyyatından 31 il keçir

Daşaltı əməliyyatından 31 il keçir

Tarix: 26-01-2023, 10:08

 
Livanın Apellyasiya Məhkəməsi Beyrut limanında baş verən partlayış nəticəsində saxlanılanların azadlığa buraxılmasına qərar verib.

Livanın rəsmi agentliyi olan NNA-da yer alan məlumata görə, Apellyasiya Məhkəməsinin Baş prokuroru Qassan Uvaydat, liman partlayışında mühakimə olunan bütün məhbusların "istisnasız olaraq" azadlığa buraxılmasını əmr edib.  

Bildirilir ki, təqsirləndirilən şəxslərin yenidən həbsi və ya məhkəməyə çağırılması artıq Ali Məhkəmə Şurasının səlahiyyətindədir.

Qeyd edək ki, 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında iki ardıcıl partlayış baş verib.  Hadisə nəticəsində ən azı 192 nəfər ölmüş, 5 min nəfər yaralanmış,  80 nəfər itkin düşmüşdü. 

Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirib. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR