Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Aydın Caniyev həbs olundu

Aydın Caniyev həbs olundu

Tarix: 26-01-2023, 22:27

 

Jurnalist Aydın Caniyev həbs olunub.

Bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.

Belə ki, jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

O, bu barədə özünün feysbuk hesabında da paylaşım edib. E.Fətullayev paylaşımında Kamran Əliyevə və məhkəməyə təşəkkür edib.

Məsələ ilə bağlı Aydın Caniyevin feysbuk hesabında da paylaşım edilib.

“Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa feysbuk statuslarına görə  iddia ərizəsi əsasında. Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” - paylaşımda qeyd olunur.
Aydın Caniyev həbs olundu
“Qafqazinfo”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR