Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Əliyevin Macarıstan səfəri: Əlaqələrin inkişafı Budapeşti Bakının yanında durmağa sövq edir - ŞƏRH

Əliyevin Macarıstan səfəri: Əlaqələrin inkişafı Budapeşti Bakının yanında durmağa sövq edir - ŞƏRH

Tarix: 30-01-2023, 14:56

 
Prezident İlham Əliyev Macarıstanda səfərdədir. Azərbaycanla Macarıstan arasındakı münasibətlər özünün çiçəklənmə dövrünü yaşayır. Bu, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə özünü göstərir.

Macarıstan Azərbaycanın Avropa İttifaqındakı tərəfdaşlarından biridir, Budapeştin Türkiyə ilə yaxınlığı da əlaqələri dərinləşdirir.

İlham Əliyevin səfəri əlaqələrdə açıq qalan məsələlərin həllinə töhfə verəcək.

Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır. Deməli, Macarıstan Azərbaycanın çoxməqsədli maraqlarının dəstəkçisidir. Macarıstanın TDT-də təmsilçiliyi həmin təşkilatın maraqlarının yayılma arealını da ifadə edir. Bu aspektdə Macarıstan TDT-nin Avropa üzrə mühərrikinə çevrilir.

Macarıstanla əlaqələrin inkişafı bu ölkəni Azərbaycana qarşı beynəlxalq kampaniyalarda Bakının yanında durmağa sövq edir.

İkinci bir tərəfdən, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yenidənqurma işlərində iştirakda maraqlıdır.

İqtisadi aspektlər əlaqələri daha da bərkidir və bu, qlobal arenada da öz təzahürlərini göstərir.

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb.

Bu, Azərbaycan-Macarıstan əlaqələrinin dinamikasına beynəlxalq dəstək verir.

Macarıstan Azərbaycandan “yaşıl enerji” almaqda maraqlıdır və imzalanan saziş Budapeştin idxal marşrutuna önəmli töhfədir.

İlham Əliyev görüşlər zamanı Sazişdən irəli gələn texniki məsələlərin həllini, ikitərəfli və çoxtərəfli münasibətlər sistemində dinamikanın yüksəlməsini müzakirə edə bilər.

Eyni zamanda regional təhlükəsizlik məsələləri də aktual mövzular sırasındadır.

Qeyd edək ki, Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulub.

Azərbaycanın Macarıstandakı səfirliyi 1 sentyabr 2004-cü ildə, Macarıstanın Azərbaycandakı səfirliyi 12 yanvar 2009-cu ildə təsis olunub.

Oxu.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR