Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Tələbələrimiz etiraz etdilər, erməni səfirin görüşü ləğv olundu

Tələbələrimiz etiraz etdilər, erməni səfirin görüşü ləğv olundu

Tarix: 31-01-2023, 14:15

 


Azərbaycanlı tələbələr Londonun Kraliça Mariya Universitetinin (Queen Mary University - QMUL) İnsan Haqları Mərkəzində Ermənistanın Birləşmiş Krallıqdakı səfirinin “Münaqişə zonalarında insan hüquqları: Dağlıq Qarabağ məsələsi” mövzusunda konfransda iştirakının qarşısını alıblar.


Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.


Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına üzv təşkilatın - Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, buna səbəb erməni tələbələrin səfirin görüşünü Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının “bayrağı” altında təşkil etmək cəhdi olub. Onun sözlərinə görə, bu universitetin məzunu Turan Qafarlı tədbir haqqında xəbər tutan kimi icmamızla və QMUL-da təhsil alan tələbələrimizlə əlaqə saxlayıb.


Ermənilərin qanunsuz hərəkətinin qarşısını almaq üçün fikir mübadiləsi aparılandan sonra tələbələr Qiyafət Xeyirxəbərli, Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova və Kifayət Dəmirlinin adından Kraliça Mariya Universitetinin prezidenti və direktoru Kolin Qaret Beyliyə müraciət ünvanlanıb.


Müraciətdə bildirilib ki, azərbaycanlı tələbələr universitetin hərbi gərginliyin davam etdiyi ərazilərdə insan hüquqları məsələləri üzrə müzakirələr təşkil etmək səylərini yüksək qiymətləndirirlər, çünki bu, cari məsələlərə işıq salır və mübahisə edən tərəflər arasında qarşılıqlı anlaşmaya kömək edir. Lakin Ermənistan səfirinin iştirak edəcəyi konfrans nüfuzlu akademik qurumların siyasi cəhətdən həssas mövzulara həsr olunmuş tədbirlərinin təşkili və ya keçirilməsi zamanı beynəlxalq hüququn prinsiplərinə riayət olunmasına zəmanət vermir.


Nəzərə çatdırılıb ki, tədbirin təbliği üçün istifadə olunan plakatda separatçıların qondarma bayrağını təsvir etməklə, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilir və beynəlxalq hüququn prinsipləri pozulur.


Digər tərəfdən, belə bir konfransın təşkili Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlılara qarşı qərəzli münasibət kimi qiymətləndirilə bilər. Üçüncüsü, tədbir yalnız Ermənistanın Böyük Britaniyadakı səfirinin simasında erməni tərəfinə öz perspektivlərini ictimaiyyətə çatdırmaq imkanı verir. Bu da o deməkdir ki, görüş iştirakçıları mürəkkəb məsələ ilə bağlı yalnız birtərəfli məlumat alacaqlar.


Azərbaycanlı tələbələrin müraciəti erməni səfirin 9 fevral 2023-cü il tarixli görüşünün ləğv edilməsi ilə nəticələnib.


Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri bu münasibətlə vətənpərvər gənclərimizi təbrik edib və onlara təşəkkürünü bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR