Son Xəbər: Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib,

Depozitlərə görə vergi ödəməkdən imtina edə bilərik?

Depozitlərə görə vergi ödəməkdən imtina edə bilərik?

Tarix: 2-02-2023, 12:55

 
Məlumdur ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən yeddi il müddətində vergidən azad edilmişdi, ancaq bu müddət dünən başa çatdı.

Məsələ ilə bağlı vətəndaşları maraqlandıran əsas suallardan biri budur ki, öncədən banka qoyulan vəsaitlər də vergiyə cəlb olunurmu? Əvvəlki illərdə banka depozit yerləşdirən müştəri bağlanan müqavilə şərtlərinə görə məhkəmə yolu ilə vergi ödəməkdən imtina edə bilərmi?

Bunula bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yalnız fevralın 1-dən sonra əldə edilən gəlirlər vergiyə cəlb olunur: “Burada illik gəlirlərdən söhbət gedir. İlin yekununda fevralın 1-dən sonrakı hissəyə vergi tətbiq olunacaq. Əvvəlki dövrlərdə əldə edilən gəlirlər vergiyə cəlb olunmur”.

Deputatın sözlərinə görə, vətəndaşlar öncədən qoyulan depozitlərlə bağlı məhkəməyə müraciət edə bilməz. Çünki müqavilənin depozitlə bağlı hissəsində Vergi Məcəlləsinə istinad var: “Müqavilədə depozitlərin bütün hallarda vergidən azad olunması ilə bağlı qeyd yoxdur. Banklar müqaviləni Vergi Məcəlləsinə uyğunlaşdırdığına və məcəllə daha üst qanun olduğuna görə onun tələblərinə uyğun olaraq vergiqoyma prinsipləri ilə tənzimlənir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR