Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bələdiyyə sədri onu lağa qoyan icra başçısını MƏHKƏMƏYƏ VERDİ

Bələdiyyə sədri onu lağa qoyan icra başçısını MƏHKƏMƏYƏ VERDİ

Tarix: 3-02-2023, 11:13

 
Ağsuda icra başçısı ilə bələdiyyə sədri arasında gərginlik yaşanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib. O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət verib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirib ki, icra başçısı onun gördüyü işləri məsxərəyə qoyduğu üçün bu addımı atıb:

"Bir müddət əvvəl Gəgəli kəndində icra başçısı Rövşən Bağırovun səyyar görüşü keçirilmişdi. Görüşdə bələdiyyə ilə bağlı məsələlər müzakirəyə çıxarılanda Rövşən Bağırov öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirdi və bələdiyyənin gördüyü işləri lağa qoydu. Mən də məhkəməyə şikayət verdim. Dünən məhkəmə prosesi keçirildi. Mən şahidlərin adlarını düzgün qeyd etməmişdim.

Sənədlərdə uyğunsuzluq olduğu üçün məhkəmə təxirə salındı. Növbəti günlərdə yenidən şikayət edəcəm".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR