Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda yeni cərimələr müəyyənləşdi

Azərbaycanda yeni cərimələr müəyyənləşdi

Tarix: 5-02-2023, 00:00

 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda 362-3-cü maddə əlavə edilib:

“Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi

362-3.1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə edilir.

362-3.2. Bu Məcəllənin 362-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə edilir”.

Bundan başqa, məcəllənin 363-cü maddə yeni redaksiyada verilib:

“Maddə 363. Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi

363.1. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

363.2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə -

inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər doqquz yüz manat məbləğdə, hüquqi şəxslər min beş yüz manat məbləğdə cərimə edilir.

363.3. Bu Məcəllənin 363.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər min manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər iki min beş yüz manat məbləğdə cərimə edilir”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR