Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Redaktorlar və şöbə müdirləri jurnalist kimi qeydiyyata alınacaqlar

Redaktorlar və şöbə müdirləri jurnalist kimi qeydiyyata alınacaqlar

Tarix: 6-02-2023, 16:15

 
"Artıq redaksiyalardakı redaktorlar və şöbə müdirləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaqlar".

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bununla bağlı MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşü keçirilib, məsələ həllini tapıb.

"Bu, "Media haqqında" qanundakı problem deyil. Bu, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsi ilə əlaqədardır. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrinə daxil olan məlumatlarda bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka üçün hər hansısa bir banka müraciət edəndə bank işçisi onun kim olduğunu bilmir və problem yaranır.

Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik və nazir, onun komandası bizə yol göstərdi, biz də problemi aradan qaldırdıq. Artıq redaktorlar və şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar"




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR