Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Növbəti yardım Türkiyəyə yola salınacaq

Növbəti yardım Türkiyəyə yola salınacaq

Tarix: 6-02-2023, 21:36

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq.

Mediabiz.az  FHN-ə istinadən xəbər verir ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.

İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.

Təyyarələrin sabah səhər yola salınması üçün hazırlıq işləri görülür.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR