Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Könüllülər İstanbul hava limanına axın etdi

Könüllülər İstanbul hava limanına axın etdi

Tarix: 7-02-2023, 11:47

Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə yardım könüllüsü İstanbulda hava limanına axın edib.

Mediabiz.az “TRT Haber”ə istinadən məlumat verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra İstanbul başda olmaqla müxtəlif şəhərlərdən axtarış-xilasetmə qrupları ilə yanaşı AFAD könüllüləri də zəlzələ bölgəsinə gedib. İstanbul valisi Əli Yerlikaya saat 00:30-a qədər İstanbuldan 41 təyyarə ilə 6 min 718 personal və AFAD könüllülərinin bölgəyə göndərildiyini açıqlayıb. Eyni zamanda İstanbul Hava Limanına  Adana, Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adıyaman və Diyarbəkirə getmək üçün minlərlə yardım könüllüsü gəlib.

Könüllülər uzun növbələr yaradıblar. Hava limanında izdiham da yaşanıb və buna səlahiyyətli qurumlar müdaxilə edib. Sıra ilk növbədə peşəkar komandalara və səhiyyə işçilərinə verilib.

Zəlzələ bölgəsinə yardım könüllülərinin göndərilməsi fasiləsiz olaraq davam edir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR