Son Xəbər: İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub, Sabah Azərbaycanda 36 dərəcə isti olacaq, Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib, İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək, Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib,

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Tarix: 7-02-2023, 20:00

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. 

Bununla əlaqədar olaraq, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.

Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdı. 

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR