Son Xəbər: Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb,

Türklər Azərbaycandakı bu fotodan DANIŞIR

Türklər Azərbaycandakı bu fotodan DANIŞIR

Tarix: 8-02-2023, 17:26

 

Türkiyəni sarsıdan zəlzələ böyük dağıntılara və can itkisinə səbəb olub. Azərbaycan başda olmaqla dünyanın müxtəlif ölkələrindən Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım toplanılır. 

Ölkəmizdə qısa zaman ərzində qardaş Türkiyəyə çox sayda yardım toplanılıb.Türklər demiş "7-dən 70-ə" kimi hər kəs qardaş ölkə üçün əllərindən gələn köməyi əsirgəmir. 

Bu gün həm Azərbaycan, həm də Türkiyə mediasında yardıma tələsən “07” markalı avtomobilin fotosu gündəm olub. Belə ki, Türkiyə bayrağı asılan maşının üzərinə yardım məqsədilə aparılan yorğan-döşək yığılıb. 

Qısa zamanda Türkiyə sosial şəbəkələrində “07” markalı avtomobilin fotosu hər yerdə paylaşılıb. Türk qardaşlarımız azərbaycanlı şəxsin bu fotosunu təqdirəlayiq hal kimi qiymətləndiriblər. Bununla yanaşı,  2 milyondan çox izləyicisi olan "Onediocom" hesabı sözügedən fotonu paylaşaraq, "Azerbaycan,  Baküden bir fotoğraf..." ,  - şərhini yazıb.  Fotoya çox sayda bəyəni və  şərh gəlib.  
Türklər Azərbaycandakı bu fotodan DANIŞIR





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR